Şok İDDİA: ABŞ Putini G20 sammitinə dəvət edə bilər

ABŞ administrasiyasının Rusiya Prezidenti Vladimir Putini dekabrda keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət etməyi planlaşdırdığı iddia olunur.

Day.Az xəbər verir ki, məlumata görə, sammit 14-15 dekabr tarixlərində Miami şəhərində təşkil ediləcək.

Məsələ ilə bağlı adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, hələlik rəsmi dəvətlər göndərilməyib, lakin Rusiya G20 üzvü olduğu üçün həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlər sammitinə dəvət oluna bilər.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, belə bir dəvətdən xəbəri yoxdur, amma buna qarşı çıxmır. O, Putinin sammitdə iştirakının faydalı ola biləcəyini vurğulayaraq, "hamı ilə danışmasının vacib olduğunu" qeyd edib.