https://news.day.az/azerinews/1831702.html Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Day.Az-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Azərbaycanca, 1 мая 2026 17:43 (UTC +04:00) 307
Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Day.Az-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət müzakirə olunub.

Seyid Abbas Əraqçi İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyini vurğulayıblar.

Telefon ssöhbəti zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости