https://news.day.az/azerinews/1833284.html Son 4 ay ərzində 15,9 min şəxsə əlillik təyin edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib.

Son 4 ay ərzində 15,9 min şəxsə əlillik təyin edilib

Azərbaycanca, 9 мая 2026 10:25 (UTC +04:00) 340
Son 4 ay ərzində 15,9 min şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib.

Day.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости