https://news.day.az/azerinews/1838111.html UEFA Çempionlar Liqasında final günü UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları qarşılaşacaqlar. Matç Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

UEFA Çempionlar Liqasında final günü

Azərbaycanca, 30 мая 2026 10:04 (UTC +04:00) 398
UEFA Çempionlar Liqasında final günü

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları qarşılaşacaqlar.

Matç Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi Daniel Zibert olacaq.

PSJ və "Arsenal" indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3 oyun isə bərabərliklə başa çatıb.

 

UEFA Çempionlar Liqası
Final

30 may

20:00 - PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости