https://news.day.az/azerinews/1838419.html Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün ciddi iş aparırıq - Paşinyan Ermənistan balanslaşdırılmış siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində çalışacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib. Ermənistanlı hökümət başçısı sosial şəbəkə hesabındakı canlı yayım zamanı xarici siyasət mövzusunda çıxış edib.

Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün ciddi iş aparırıq - Paşinyan

Azərbaycanca, 1 июня 2026 12:34 (UTC +04:00) 268
Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün ciddi iş aparırıq

Ermənistan balanslaşdırılmış siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində çalışacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Ermənistanlı hökümət başçısı sosial şəbəkə hesabındakı canlı yayım zamanı xarici siyasət mövzusunda çıxış edib.

"Bu gün biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması məqsədilə ciddi şəkildə iş aparırıq. Mən əminəm ki, bu məqsədə çatacağıq. Bu, o deməkdir ki, balanslaşdırılmış xarici siyasət o səviyyəyə çatacaq ki, Ermənistan üçün yeni imkanların yaradılması fərqli səviyyəli bir dövlətin yaranması anlamına gələcək", - deyə Paşinyan bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости