https://news.day.az/azerinews/1838570.html Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər - FOTO İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Bu barədə Day.Az-а İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər - FOTO

Azərbaycanca, 1 июня 2026 19:26 (UTC +04:00) 282
Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Bu barədə Day.Az-а İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, habelə iki tərəf arasında işgüzar dairələrin tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi xüsusi olaraq qeyd edilib.

 

Bundan başqa, Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi, eləcə də Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

  • Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
  • Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
  • Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
  • Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости