https://news.day.az/azerinews/1840085.html Qismən akademik tanınma şəhadətnaməsi üçün son müraciət tarixi AÇIQLANDI Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciətlər iyunun 30-da başa çatacaq. Day.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.

Qismən akademik tanınma şəhadətnaməsi üçün son müraciət tarixi AÇIQLANDI

Azərbaycanca, 8 июня 2026 15:34 (UTC +04:00) 308
Qismən akademik tanınma şəhadətnaməsi üçün son müraciət tarixi

Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciətlər iyunun 30-da başa çatacaq.

Day.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.

Məlumata görə, xarici ölkələrdə əldə edilən ali təhsil kvalifikasiyalarının tanınması Azərbaycan Prezidentinin 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçirilir.

Qaydalara görə, xaricdə natamam ali təhsil alan şəxslər təhsillərini Azərbaycanda davam etdirmək üçün əvvəlcə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət edərək qismən tanınma almalıdırlar. Bu sənəd tələbənin yalnız köçürülmə üçün müraciət etmək hüququnu təsdiqləyir, lakin transferin baş tutacağına zəmanət vermir.

Köçürülmə prosesi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən aparılır və yay dövründə həyata keçirilir.

Müraciətlər 30 iyun saat 18:00-dək TKTA-nın https://apply.enic.edu.az/ platforması vasitəsilə qəbul olunur.

Qismən tanınma üçün təqdim edilən sənədlərə xüsusi tələblər var: aktiv tələbə arayışı və akademik transkript apostil təsdiqli olmalı, bütün təhsil dövrünü əhatə etməli, qəbul tarixi və kredit məlumatlarını göstərməlidir. Sənədlərin QR kodlu və ya elektron imzalı olması da tövsiyə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости