https://news.day.az/azerinews/1840560.html Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Salyan rayonunun Arbatan kəndində fəaliyyət göstərən və fiziki şəxs Mübariz Əslan oğlu Muradova məxsus olan çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Bu barədə Day.Az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Azərbaycanca, 10 июня 2026 17:01 (UTC +04:00) 270
Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Salyan rayonunun Arbatan kəndində fəaliyyət göstərən və fiziki şəxs Mübariz Əslan oğlu Muradova məxsus olan çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Day.Az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin pozulduğu, istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə həyata keçirilməsi üçün tələb olunan şəraitin təmin edilmədiyi müəyyən olunub.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, icrası məcburi olan göstərişlər verilib. Emal sahəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
  • Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости