https://news.day.az/azerinews/1851679.html ABŞ-də ölkənin ən böyük volfram yatağının aşkar edildiyi ehtimal olunur ABŞ-nin Nevada ştatında ölkənin ən böyük volfram yatağı ola biləcək ehtiyat aşkar edilib. Bu barədə Financial Times (FT) qəzeti 3 Proton Lithium (3PL) dağ-mədən şirkətinin hesabatına istinadən məlumat yayıb. Məlumata əsasən, Railroad Valley Minerals layihəsindəki ehtiyatlar 1,78 milyon ton həcmində qiymətləndirilir.

ABŞ-də ölkənin ən böyük volfram yatağının aşkar edildiyi ehtimal olunur

Azərbaycanca, 2 августа 2026 16:35 (UTC +04:00) 141
ABŞ-də ölkənin ən böyük volfram yatağının aşkar edildiyi ehtimal olunur

ABŞ-nin Nevada ştatında ölkənin ən böyük volfram yatağı ola biləcək ehtiyat aşkar edilib.

Bu barədə Financial Times (FT) qəzeti 3 Proton Lithium (3PL) dağ-mədən şirkətinin hesabatına istinadən məlumat yayıb.

Məlumata əsasən, Railroad Valley Minerals layihəsindəki ehtiyatlar 1,78 milyon ton həcmində qiymətləndirilir. Bu, ABŞ-da indiyədək məlum olan ikinci ən böyük volfram yatağından beş dəfədən çoxdur. Şirkətin hesablamalarına görə, mövcud bazar qiymətləri əsasında yatağın dəyəri təxminən 152 milyard ABŞ dolları təşkil edir.

 

Financial Times yazır ki, yatağın ərazisinin üçdə birindən çoxu NASA-nın istifadəsindədir. Agentlik həmin zonadan peyk siqnallarının izlənilməsi və kalibrlənməsi üçün istifadə edir. 3PL şirkəti isə NASA-nın nəzarətində olan ərazidə geoloji kəşfiyyat və faydalı qazıntıların hasilinə qoyulan qadağanın ləğvinə nail olmağa çalışır.

Volfram bazarında qiymətlər 2025-ci ilin fevralından bəri təxminən 600 faiz artıb. Buna səbəb aviasiya-kosmik sənaye, müdafiə sənayesi və alət istehsalında artan tələbat, eləcə də Çinin ixrac məhdudiyyətləri nəticəsində təklifin azalmasıdır. Hazırda Çin strateji əhəmiyyət daşıyan bu metalın dünya bazarının təxminən 80 faizinə nəzarət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости