Geyimləri yumşaldan, ərpi təmizləyən, yeməklərə dad qatan...

Day.Az представляет новость на азербайджанском языке

Sirkənin həyatımızda yeri olduqca genişdir. Çox qədim zamanlardan bəri haqqında  bilinən ağ sirkə isə fərqli sahələrdə istifadə edilə bilən kimyəvi məhsullara alternativ sayılır. Həm mətbəxdə yeməklərin hazırlığında həm də təmizlik işlərində istifadə edilən ağ sirkə nədən hazırlanır?

Şəkər tərkibli tarla məhsullarından fermantasyon üsulu ilə əldə edilir. Tərkibində 5 % nisbətində isə asetik turşuluğu var.  

Ağ sirkə nə işə yarayır və harada istifadə edilir?

Dadı bildiyimiz sirkələr kimi tünd olmayan ağ sirkənin qoxusu isə çox kəskin və qalıcı deyildir. Bəzi kimyəvi tərkibli təmizləyici məhsullar yerinə alternativ olaraq istifadə edilən ağ sirkə dezinfeksiya edici, qoxunu yox edən, pası təmizləyən və təbii təmizləyicidir.

Alergiyası olan, uşaqların, yaşlıların da olduğu şəraitlərdə rahatlıqla istifadə edilən bu ağ sirkəni yeməklərin hazırlanmasında da istifadə edə bilərsiniz.

Ağ sirkə mətbəxdə necə istifadə edilə bilər?

Ağ sirkə salat  sousları və yeməklərdə istifadə edilir. Özəlliklə fərqli dadların birlikdə istifadə edildiyi yeməklərə azca qatılanda ləzzəti tənzimləyir.

Ətləri marine etmək üçün istifadə edilir. Ağ sirkə, limon suyu, zeytun yağı, bal, sarımsaq və istədiyiniz ədviyyatları qarışdırıb dana ətini ən az 12 saat bu qarışımda saxlaya bilərsiniz.

Meyvələri və tərəvəzləri üzərindəki kir, həşərat, bakteriya və zərərli dərmanlardan təmizləyib dezinfeksiya etmək üçün ağ sirkə istifadə edilir. Tərəvəzlər yaxşıca yuyulduqdan sonra 1 litr soyuq suya 1 yemək qaşığı ağ sirkə əlavə edin və tərəvəzləri bu  suda 10 dəqiqə saxlayın. Meyvələri isə sirkəli su ilə yuyaraq yeyin.

Yemək hazırlayarkən əlinizə hopan soğan, sarımsaq, balıq kimi qoxuları çıxarmaq çətindir. Bu ərzaqlara toxunmadan əvvəl əlinizə ağ sirkə sürtsəniz narahatedici qoxuları asanlıqla yuya bilərsiniz.

Balıq, kələm yeməkləri  bişirdiyinizdə mətbəxi havalandırmanıza rəğmən içəridən hələ də  qoxu gəlirsə, yarım stəkan ağ sirkəni bir stəkan su ilə qarışdırın və bu qarışım tamamına yaxın buxarlanana qədər qaynadın.

Ağ sirkə təmizləyici məhsul olaraq necə istifadə edilir?

Ağ sirkə ilə mətbəxinizdəki dəmir və alüminium qab-qacaqlardan başqa, metal mətbəx əşyalarını təmizləyə bilərsiniz. Eyni miqdarda un və duzu qarışdırıb üzərinə ağ sirkə əlavə edin. Bununla qazanlarınızın daxili səthini ovalayın, ilıq suyu ilə yuyub parça ilə qurulayın.

Kəsmə taxtalarını dezinfeksiya edin. Üzərinə soda səpib spreylə  daha sonra ağ sirkə sıxın. Köpürdükdən sonra 8-10 dəqiqə gözləyib təmiz bir parça ya da salfetlə silin.

Şüşə stəkanlarda yaranan bulanıqlığı aparmaq üçün ağ sirkəni bir qaba qoyub isidin. Stəkanları isinmiş sirkənin içində 20-30 dəqiqə saxlayın. Daha sonra fırçalayıb çalxalayın.

Şüşə stəkanları parıldatmaq üçün qab yuyan maşına  ¼  stəkan miqdarında  ağ sirkə də əlavə edin.

Çaydan,  su qızıdırıcısında zamanla yaranan ərpi təmizləmək üçün ağ sirkə istifadə edə bilərsiniz.

Ütü, qabyuyan və paltaryuyan maşının daxili səthi hissəsinin təmizliyi üçün ağ sirkə istifadə edə bilərsiniz.

Qabyuyan maşını təmizləmək üçün bir stəkan ağ sirkəni bir qab içində maşının üst rəfinə qoyun və boş olaraq maşını işə salın.

Ütünüzün altındakı yanıq ləkələrini təmizləmək üçün eyni ölçüdə də sirkə və duzu qarışdırıb ləkələri bununla aparmağa çalışın.

Ütünün içindəki ərpi təmizləmək üçün su ilə doldurulan hissəni ağ sirkə ilə doldurun və ütünü dik tutun, buxar hissəni basıb 5 dəqiqə işə salın. Daha sonra təmiz su ilə çalxalayın.

Qabyuyan maçını təmizləmək və dezinfeksiya etmək üçün 400 ml, təxminən 1/5 stəkan miqdarında ağ sirkəni qabyuyan maşının yuyucu toz hissəsinə boşaldıb boş olaraq işə salın.

Paltar yuyarkən yuyucu toz yerinə 1 stəkan ağ sirkə də əlavə etsəniz geyimləriniz yumşalar, bakteriyaları ölər, geyimlərin rənginin solmasının qarşısı alınar. 

Gümüş əşyalarınızı və akssesuarlarınızı parıldadıb təmizləmək üçün yarım stəkan ağ sirkəni 2 xörək qaşığı soda ilə qarışdıraraq hazırladığınız qarışımın içinə qoyaraq 2 saat saxlayın. Daha sonra soyuq su ilə yuyun və yumşaq bir parça ilə silin.

Qayçı paslanıbsa, ağ sirkəyə batırın və parça ilə silin.

Şüşələrin təmizliyi üçün 1 miqdar ağ sirkəni 3 miqdar su ilə qarışdırıb püskürtməli şüşəyə doldurun.

Kondisioner və hava nəmləndiricilərinin filtrlərini təmizləyərkən dezinfeksiya etmək üçün yuduqdan sonra ağ sirkə ilə ilıq su qarışımından istifadə edin, sonra qurudaraq istifadə edin.

Parçalarda, xalçalardakı ləkələri çıxarmaq üçün də ağ sirkədən istifadə edə bilərsiniz.

Mərmər dəzgahlarda, taxta üzlərdə isə  ağ sirkə istifadə etmək olmaz.

Lent.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.