Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olunub
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına yeni baş katib təyin olunub.
Day.Az bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, bu vəzifəyə Orxan Bayramov təyin olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə-kredit" fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O.Bayramov hal-hazırda "Maastricht School of Management"də EMBA proqramı üzrə təhsilini davam etdirir.
O.Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlayıb. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре