Beyonse xəstə Qaqaya paltar yolladı

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls dünən əri, milyarder reper Cey Zi ilə birlikdə Nyu-Yorkdakı "Madison Square Garden"də müğənni Bruno Marsın konsertinə qatılıblar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 36 yaşlı Beyons dekolteli geyimdə idi. Onun barmağında qızı Blyu Ayvi, əkizləri Sir və Ruminin adlarının baş hərflərindən ibarət brilyant qaşlarla bəzədilmiş üzük də vardı.

Daha sonra o, xəstə Ledi Qaqaya da çiçək və svitşot yollayıb.

Ən ekstravaqant müğənnilərdən biri olan Ledi Qaqa Braziliyanın Rio de Janeyro şəhərində keçirilən "Rock in Rio" festivalında çıxışını və Avropa turnesini təxirə salıb.

Səbəb Ledi Qaqanın sol baldırındakı kəskin ağrılardır.

Əzələ-sümük ağrıları yaradan xroniki fibrolmialgiya xəstəsi olan Ledi Qaqa da Beyonsa İnstagram-dakı profilində təşəkkür edib.

 

"Belə rahat və isti svitşot yolladığına görə sənə təşəkkür edirəm, əziz Bi! Belə sevən insanlar olduğuna görə bəxtim gətirib", - Ledi Qaqa yazıb.

Ledi Qaqanın Avropa turnesi sentyabrın 21-də İspaniyanın Barselona şəhərində başlamalı, oktyabrın 28-də Aomaniyanın Köln şəhərində başa çatmalı idi.

Turne 2018-ci ilin əvvəllərinə keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.