https://news.day.az/society/408453.html
Numizmatika elminin sirrləri
Qeyd edək ki, Azərbaycanda arxeologiyada qədim sikkələrin araşdırılmasına xüsusi əhəmiyyət verilir və arxeoloji qazıntılar zamanı tapılan qədim sikkələr Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçəri Şəhər Tarixi Muzeyinin Numizmatika ekspozisiyasında nümayiş olunur. Ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın IX əsrin I yarısına qədər olan bir dövrü əhatə edir. Nümayiş olunan sikkələrin böyük hissəsi İçəri Şəhərdə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Həmin sikkələr və Numizmatika ekspozisiyasının fəaliyyəti haqqında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yanında Elmi-mədəni mərkəzin baş elmi işçisi, numizmat, Tarix elmləri üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva ilə söhbətləşmişik.
- Numizmatika ekspozisiyası nə vaxtdan fəaliyyət göstərir?
- Muzeyimiz 2011-ci il mayın 18-də - Muzeylər günündə açılıb. İçəri Şəhər Tarix Muzeyinin bir ekspozisiyasıdır. Muzey ayrıca bir binada deyil, ayrı-ayrı ekspozisiyalarda nümayişini yaradır.
- Ekspozisiyada, əsasən, hansı kolleksiyalar nümayiş olunur?
- Numizmatika ekspozisiyasında Azərbaycan dövlətçiliyinin bütün tarixi dönəmləri öz əksini tapıb. Burada pulaqədərki dövr, yəni pula qədər insanların istifadə etdiyi əmtəələr, müəyyən qədər Abşeron qazıntılarından və Azərbaycanın digər yerlərindən tapılmış maddi-mədəniyyət nümunələri göstərilir. Kolleksiyaların nümayişində əsas məqsəd pula qədər bizim əcdadlarımızın hansı əmtəə vasitələri ilə ticarət əlaqələri qurmağını göstərməkdir. Ekspozisiyada ən qədim dövrlərdən, e.ə. 5-ci əsrdən başlayaraq əsas etibarilə Azərbaycan ərazisindən tapılan sikkə nümunələri ilə Azərbaycan dövlətçiliyinin tarixini əks etdiririk. Müəyyən dövrlər burada çox ətraflı göstərilir. Misal üçün, burada Şirvanşahlar və Səfəvilər dövləti üçün ayrıca vitrinlər ayrılıb. Həmçinin Azərbaycan ərazisində ən qədim dövrlərdə dövriyyədə olan demək olar ki, bütün pul nümunələri nümayiş etdirilir. Ekspozisiyada mis, qızıl, gümüş pullar yer alıb. Burada Azərbaycanın xarici ölkələrlə əlaqələrinin özündə əks etdirən eksponatlar da nümayiş olunur. Eksponatlar içərisində də ən qədim dövrlərdən 20-ci əsrin əvvəllərinə qədər ərazimizdə dövriyyədə olan xarici ölkələrin, əsasən də Avropa ölkələrinin sikkələri var.
- Azərbaycanda dövriyyədə olan xarici ölkələrin hansı qədim sikkələri muzeydə saxlanılır?
- Muzeydə, 17-ci əsrdən etibarən bizim ərazimizdə dövriyyədə olan qızıl pullar içərisində Hollandiya çervonu nümayiş olunur. Eləcə də Avstriya-Macarıstan imperiyasına aid olan qızıl dukatların iki nümunəsi saxlanılır. Bundan başqa, Fransa, Finləndiya, Almaniya, İngiltərə, xüsusilə Rusiya və İrana aid olan sikkələr ekspozisiyamızda say etibarilə çoxluq təşkil edir.
- Numizmatika ekspozisiyası ilə əsasən kimlər maraqlanır və muzeyə tez-tez baş çəkir?
- Bizim muzeyin əməkdaşları tərəfindən aparılan araşdırmalara görə, muzeyə daha çox rəsmi qonaqlar gəlir. Ümumiyyətlə, biz gənclərlə, xüsusilə də tələbələr və məktəblilərlə işləməyə üstünlük veririk. Bu istiqamətdə demək olar ki, hər ay muzeyimizin əməkdaşları məktəblərlə müqavilələr bağlayır, məktəblərdə, ali təhsil müəssisələrində, eləcə də hərbi hissələrdə olurlar. Muzeyin işçiləri burada müəyyən təbliğat xarakterli görüşlər keçirir, İçəri Şəhərdəki ekspozisiyalara gəncləri dəvət edirlər. Numizmatika ekspozisiyasına gələn məktəblilərə, tələbələrə, hərbi hissələrdən və ya gənclər təşkilatından gələnlərə mütləq ekspozisiyamız haqqında geniş məlumat veririk. Bununla da məqsədimiz Azərbaycanın tarixini birinci növbədə xalqımıza olduğu kimi öyrətməkdir.
- Numizmatika ekspozisiyasında nə qədər qədim sikkə və digər maddi mədəniyyət abidələri sərgilənir?
- Kolleksiyada 500-dən bir qədər artıq sikkə nümunələri var. Hardasa 20-25 ədədə qədər isə digər maddi-mədəni nümunələri var. Bu nümunələri vitrinlərin aşağı hissəsində qoyulur. Onların sərgilənməsində məqsəd sikkələrin dövriyyədə olduğu zaman, bazarda satılan mallar haqqında da məlumat verməkdir. Biz muzeyə gələnlərə bu nümunələr əsasında müəyyən məbləğə hansı əşyaların pulla alınmasını ətraflı izah edirik.
- Kolleksiyada son zamanlar tapılan qədim sikkələr hansılardır?
- Biz İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu və İçəri Şəhər Tarixi Muzeyi olaraq çalışırıq ki, əsasən İçəri Şəhərdə arxeolji qazıntılar zamanı arxeoloqlar tərəfindən aşkar olunan və yaxud da təsadüfi tapıntılar, təmir-bərpa işləri zamanı, fəhlələr tərəfindən tapılan maddi-mədəni nümunələrini kolleksiyaya əlavə edək. Amma son üç ildə biz aşkar etdiyimiz maddi-mədəni abidələri muzeydə nümayiş etdirmirik. Belə ki, əvvəlcə tapıntılar İçəri Şəhər Tarix Muzeyinin müvafiq fondlarına daxil olur və alimlər tərəfindən araşdırılır. Tapıntıların aid olduğu dövr, ərazi və s. bütün vacib məsələlər dəqiqləşdiriləndən sonra biz ekspozisiyamızda dəyişiklik edib onları nümayiş edəcəyik. Bu səbəbdən də gördüyünüz bu ekspozisiyalarda son 3 ilin tapıntıları yoxdur.
- Numizmatika ekspozisiyasında sərgilənən ən qədim sikkənin neçə yaşı var?
- Ən qədim sikkə e.ə V əsrə aiddir və 2500 illik qədim bir dövrü əhatə edir. Ən yeni sikkə isə XIX əsrin birinci yarısına aiddir. Bir çox elmi mübahisələrə səbəb olan sikkə isə Kserksın adından dərc edilmiş mis bürünc puldur. Bu sikkə Azərbaycanda Əhəmənilər dövründən qalan yeganə sikkədir.
Ekspress.az
Numizmatika elminin sirrləri
Day.Azпредставляет статью на азербайджанском языке.
Əsrlər boyu alimlər üçün elmin sirli açarı olan qədim sikkələrin, sikkə zərbinin, pul sistemi, dəyəri, metodoloji ölçüləri öyrənən numizmatika və ya sikkəşünaslığın Azərbaycan tarixinin öyrənilməsində böyük rolu var. Dünya alimlərinin araşdırmalarına görə, numizmatika sözünə ilk dəfə qədim Romanın yazılı mənbələrində rast gəlinir. Bu söz latın dilindən yunan dilinə keçərək müəyyən dəyişikliyə uğrayaraq "moneta" kimi tərcümə olunur və "təyin edirəm", "qanuniləşdirirəm" mənalarını verir.Qeyd edək ki, Azərbaycanda arxeologiyada qədim sikkələrin araşdırılmasına xüsusi əhəmiyyət verilir və arxeoloji qazıntılar zamanı tapılan qədim sikkələr Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçəri Şəhər Tarixi Muzeyinin Numizmatika ekspozisiyasında nümayiş olunur. Ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın IX əsrin I yarısına qədər olan bir dövrü əhatə edir. Nümayiş olunan sikkələrin böyük hissəsi İçəri Şəhərdə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Həmin sikkələr və Numizmatika ekspozisiyasının fəaliyyəti haqqında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yanında Elmi-mədəni mərkəzin baş elmi işçisi, numizmat, Tarix elmləri üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva ilə söhbətləşmişik.
- Numizmatika ekspozisiyası nə vaxtdan fəaliyyət göstərir?
- Muzeyimiz 2011-ci il mayın 18-də - Muzeylər günündə açılıb. İçəri Şəhər Tarix Muzeyinin bir ekspozisiyasıdır. Muzey ayrıca bir binada deyil, ayrı-ayrı ekspozisiyalarda nümayişini yaradır.
- Ekspozisiyada, əsasən, hansı kolleksiyalar nümayiş olunur?
- Numizmatika ekspozisiyasında Azərbaycan dövlətçiliyinin bütün tarixi dönəmləri öz əksini tapıb. Burada pulaqədərki dövr, yəni pula qədər insanların istifadə etdiyi əmtəələr, müəyyən qədər Abşeron qazıntılarından və Azərbaycanın digər yerlərindən tapılmış maddi-mədəniyyət nümunələri göstərilir. Kolleksiyaların nümayişində əsas məqsəd pula qədər bizim əcdadlarımızın hansı əmtəə vasitələri ilə ticarət əlaqələri qurmağını göstərməkdir. Ekspozisiyada ən qədim dövrlərdən, e.ə. 5-ci əsrdən başlayaraq əsas etibarilə Azərbaycan ərazisindən tapılan sikkə nümunələri ilə Azərbaycan dövlətçiliyinin tarixini əks etdiririk. Müəyyən dövrlər burada çox ətraflı göstərilir. Misal üçün, burada Şirvanşahlar və Səfəvilər dövləti üçün ayrıca vitrinlər ayrılıb. Həmçinin Azərbaycan ərazisində ən qədim dövrlərdə dövriyyədə olan demək olar ki, bütün pul nümunələri nümayiş etdirilir. Ekspozisiyada mis, qızıl, gümüş pullar yer alıb. Burada Azərbaycanın xarici ölkələrlə əlaqələrinin özündə əks etdirən eksponatlar da nümayiş olunur. Eksponatlar içərisində də ən qədim dövrlərdən 20-ci əsrin əvvəllərinə qədər ərazimizdə dövriyyədə olan xarici ölkələrin, əsasən də Avropa ölkələrinin sikkələri var.
- Azərbaycanda dövriyyədə olan xarici ölkələrin hansı qədim sikkələri muzeydə saxlanılır?
- Muzeydə, 17-ci əsrdən etibarən bizim ərazimizdə dövriyyədə olan qızıl pullar içərisində Hollandiya çervonu nümayiş olunur. Eləcə də Avstriya-Macarıstan imperiyasına aid olan qızıl dukatların iki nümunəsi saxlanılır. Bundan başqa, Fransa, Finləndiya, Almaniya, İngiltərə, xüsusilə Rusiya və İrana aid olan sikkələr ekspozisiyamızda say etibarilə çoxluq təşkil edir.
- Numizmatika ekspozisiyası ilə əsasən kimlər maraqlanır və muzeyə tez-tez baş çəkir?
- Bizim muzeyin əməkdaşları tərəfindən aparılan araşdırmalara görə, muzeyə daha çox rəsmi qonaqlar gəlir. Ümumiyyətlə, biz gənclərlə, xüsusilə də tələbələr və məktəblilərlə işləməyə üstünlük veririk. Bu istiqamətdə demək olar ki, hər ay muzeyimizin əməkdaşları məktəblərlə müqavilələr bağlayır, məktəblərdə, ali təhsil müəssisələrində, eləcə də hərbi hissələrdə olurlar. Muzeyin işçiləri burada müəyyən təbliğat xarakterli görüşlər keçirir, İçəri Şəhərdəki ekspozisiyalara gəncləri dəvət edirlər. Numizmatika ekspozisiyasına gələn məktəblilərə, tələbələrə, hərbi hissələrdən və ya gənclər təşkilatından gələnlərə mütləq ekspozisiyamız haqqında geniş məlumat veririk. Bununla da məqsədimiz Azərbaycanın tarixini birinci növbədə xalqımıza olduğu kimi öyrətməkdir.
- Numizmatika ekspozisiyasında nə qədər qədim sikkə və digər maddi mədəniyyət abidələri sərgilənir?
- Kolleksiyada 500-dən bir qədər artıq sikkə nümunələri var. Hardasa 20-25 ədədə qədər isə digər maddi-mədəni nümunələri var. Bu nümunələri vitrinlərin aşağı hissəsində qoyulur. Onların sərgilənməsində məqsəd sikkələrin dövriyyədə olduğu zaman, bazarda satılan mallar haqqında da məlumat verməkdir. Biz muzeyə gələnlərə bu nümunələr əsasında müəyyən məbləğə hansı əşyaların pulla alınmasını ətraflı izah edirik.
- Kolleksiyada son zamanlar tapılan qədim sikkələr hansılardır?
- Biz İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu və İçəri Şəhər Tarixi Muzeyi olaraq çalışırıq ki, əsasən İçəri Şəhərdə arxeolji qazıntılar zamanı arxeoloqlar tərəfindən aşkar olunan və yaxud da təsadüfi tapıntılar, təmir-bərpa işləri zamanı, fəhlələr tərəfindən tapılan maddi-mədəni nümunələrini kolleksiyaya əlavə edək. Amma son üç ildə biz aşkar etdiyimiz maddi-mədəni abidələri muzeydə nümayiş etdirmirik. Belə ki, əvvəlcə tapıntılar İçəri Şəhər Tarix Muzeyinin müvafiq fondlarına daxil olur və alimlər tərəfindən araşdırılır. Tapıntıların aid olduğu dövr, ərazi və s. bütün vacib məsələlər dəqiqləşdiriləndən sonra biz ekspozisiyamızda dəyişiklik edib onları nümayiş edəcəyik. Bu səbəbdən də gördüyünüz bu ekspozisiyalarda son 3 ilin tapıntıları yoxdur.
- Numizmatika ekspozisiyasında sərgilənən ən qədim sikkənin neçə yaşı var?
- Ən qədim sikkə e.ə V əsrə aiddir və 2500 illik qədim bir dövrü əhatə edir. Ən yeni sikkə isə XIX əsrin birinci yarısına aiddir. Bir çox elmi mübahisələrə səbəb olan sikkə isə Kserksın adından dərc edilmiş mis bürünc puldur. Bu sikkə Azərbaycanda Əhəmənilər dövründən qalan yeganə sikkədir.
Ekspress.az
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре