Sevimli, doğma köhnə Bakı – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı xanlığı, Bakı Quberniyası, Sovet Bakısı və nəhayət, müstəqil Azərbaycanın paytaxtı Bakı

Azərbaycanın paytaxtı Bakı Qafqazda ən böyük ticarət, mədəniyyət və elm mərkəzi olmaqla yanaşı Xəzər dənizində ən böyük liman kimi tanınır. Abşeron yarımadasının cənub sahilində yerləşən şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.

Anspress köhnə Bakının - Bakı xanlığı, Çar Rusiyasının Bakı quberniyası, Sovet Bakısının fotolarını təqdim edir:

Bakı xanlığı - XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi. Məlik Məhəmməd xanın ölümündən sonra Bakı taxtına oğlu II Mirzə Məhəmməd xan (Azərbaycanın məşhur tarixçisi, şairi, maarifçisi Abbasqulu ağa Bakıxanovun atası) çıxmışdı. Bu dövrdə iqtisadiyyatın bir qədər canlanmasına baxmayaraq, XVIII əsrin axırlarında İran hökmdarı Ağa Məhəmməd şah Qacar Azərbaycana basqın edərək, 1795-ci ildə Bakını ələ keçirdi və qarət etdi, lakin tezliklə onun ordusu Şirvanı tərk etdi. Rusiya - İran müharibələri nəticəsində Bakı xanlığı Rusiyaya birləşdirildi. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandı, Azərbaycan Araz çayı boyunca Rusiya ilə İran arasında bölündü. İşğal edilmiş torpaqlar, o cümlədən Bakı rəsmən Rusiyaya təhkim edilmiş oldu. Rusiya İmperiyasının tərkibində olan Bakı 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1920-91-ci illərdə Azərbaycan Sovet Sosialost Respublikasının paytaxtı olub. Bakı 23 ildir müstəqil Azərbaycanın paytaxtıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.