https://news.day.az/azerinews/1727115.html
Polis qaçaqmalçılara qarşı əməliyyat keçirdi - VIDEO
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Day.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Polis qaçaqmalçılara qarşı əməliyyat keçirdi - VIDEO
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре