Mərkəzi Klinikanın yenidoğulmuşlar şöbəsində az çəkili körpəyə uğurlu cərrahi əməliyyat həyata keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Klinikada yarımçıq doğulmuş, az çəkili körpə üzərində böyük cərrahi əməliyyat icra edilərək həyata qaytarıldı.

Bu barədə Day.Az-a Mərkəzi Klinikadan bildirilib.

Körpə başqa klinikada yarımçıq doğulmuşdur, doğulduqdan sonra ağzından bol miqdarda tüpürcək gəldiyi və qidalana bilmədiyi üçün həmin mərkəzdə şübhələnib müayinələr aparılmış və Yemək borusu atreziyası+Traxeoözofagial fistula diaqnozu qoyularaq, uşaq cərrahi əməliyyat üçün Mərkəzi Klinikaya köçürülmüşdür.

Yemək borusu atreziyası+Traxeoözofagial fistula yenidoğulmuşların ən ağır patologiyalarından biri hesab olunur, yəni uşağın qida borusunun yuxarı və aşağı ucları bağlı və bir-birindən uzaq yerləşirdi, qida borusunun aşağı ucu ilə nəfəs borusu arasında əlaqə mövcud idi. Nəticədə əməliyyat olunmasa uşaq qidalana bilmədiyi və nəfəs borusu ilə qida borusu arasında əlaqə olduğu üçün ağciyər infeksiyasından tələf olacaqdı.

Mərkəzi Klinikanın uşaq cərrahı Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən yarımçıqdoğulmuş, 1800 qram çəkisi olan körpə üzərində Yemək borusu atreziyası+Traxeoözofagial fistula əməliyyatı uğurla icra edildi, yəni qida borusunun yuxarı və aşağı ucları ətraf toxumalardan sərbəstləşdirildi, qida borusunun aşağı ucu ilə nəfəs borusu arasındakı əlaqə kəsilərək qida borusunun yuxarı və aşağı ucları bir-birinə tiklidi.

Əməliyyatdan sonra uşaq Mərkəzi Klinikanın Yenidoğulmuşların reanimasiya şöbəsinə yatızdırıldı, Neonotoloqlarımızın gərgin səyləri nəticəsində uşaq əməliyyatdan sonrakı dövrü normal keçirdi.

Əməliyyatdan 1 həftə sonra uşaq ağızdan tam normal şəkildə yedizdirilməyə başladı. Hal-hazırda körpə evlərində tam normal uşaqlar kimi həyatına davam edir...

Mərkəzi Klinikanın əməyi keçən Uşaq anesteziologiyası, Cərrahiyyəsi və reanimasiya şöbəsinin bütün tibb personalına təşəkkürlər...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.