Qaxa ilk qar düşdü

Day.Az представляет новость на азербайджанском языке

Qaxda ilk qar yağıntısı müşahidə edilib. Şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraitindən sonra, gecə saatlarından başlayaraq dağlıq ərazilərə qar yağıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Qax rayonunun yüksək dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərini əhatə edən dağ zirvələri ağ örpəyə bürünüb. Kənd sakinlərinin dediyinə görə, oktyabr ayında dağlara qarın yağması normaldır. İlisu kənd ağsaqqalları bu ərazinin dəniz səviyyəsindən yüksək olduğunu və hətta sentyabr ayında belə, illər öncə hündür dağ zirvələrinə qarın yağmasını gördüklərini söyləyirlər.

Qeyd edək ki, Qax rayonunun İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın yağdığı dağ zirvələri isə dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir. Bu ərazilərdə qış fəslində sərt, soyuq hava müşahidə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.