https://news.day.az/world/614199.html
Çinin ən varlı adamından məsləhətlər - FOTOLAR
Cek Ma və ya Ma Yun - Alibaba Group şirkətinin banisidir, Asiyanın ən bahalı internet-şirkətinin yaradıcısıdır. Cek - Forbes jurnalının üz qabığına düşmüş ilk Çin biznesmenidir. O, musiqiçi ailəsində boya-başa çatmış və həm ingilis dili müəllimi, həm dövlət məmuru, hətta ilk Çin internet-layihəsi "Sarı səhifələr"in analoqunu yaratmışdır. Onun həyat yolu enişli-yoxuşlu olmuşdur, amma o, təslim olmamışdır. Qaynar.info Amazon və eBay-la müqayisə edilə bilən nəhəng şirkət yaratmağı bacarmış biznesmenin məsləhətlərini təqdim edir.
İdeyaların seçilməsi prinsipi
• Əgər müşavirədə iştirak edənlərin 90%-i bu və ya digər təklifin lehinə səs verirləsə, onda mən həmin təklifi zibil qutusuna atıram. Səbəb sadədir: əgər səsvermədə iştirak edən adamlar bu imkanı belə açıq-aydın görürlərsə, onda deməli, bunun üzərində başqa şirkətlər də işləyir və bunda liderlik mövqeyinə sahiblənmək mümkün olmayacaq.
Nəyi etmək olmaz?
• 2001-ci ildə bir səhv buraxdım. Mən şirkətin əsasını birlikdə qoyduğumuz əməkdaşlarıma izah etdim ki, onlar üçün şirkətdə karyera hüdudu - menecerlik səviyyəsidir. Mən elə düşünürdüm ki, peşəkarları kənarda tapmalıyam. İllər keçəndən sonra gördüm ki, işə götürdüyüm peşəkarlardan heç biri işləmir, amma işləyəcəyinə əvvəl şübhə etdiklərim, həm vitse-prezident, həm də digər vəzifələri əla icra edirlər.
• Sahibkar üçün ən pis keyfiyyətlər: snob olmaq, vəziyyəti düzgün qiymətləndirməmək, yüksək temp götürmək və bunu əldə saxlamağı bacarmamaq, uzaqgörən olmamaqdır.
• Mənim əldə rəhbər tutduğum prinsip var: sənin işə münasibətin və qəbul etdiyin qərarlar daha vacibdir, nəinki sənin qabiliyyətlərin.
Şikayətlər haqqında
• Əgər hərdən narazılıq edirsinizsə, bunda qorxulu bir şey yoxdur.
• Əgər siz depressiyaya düşürsünüzsə və həyatdan tez-tez şikayət edirsinizsə, onda bu, alkoqolizmə bənzəyir - nə qədər çox içirsinizsə, dayanmaq da bir o qədər çətin olur. Uğura gedən yolunuzda görəcəksiniz ki, uğurlu insanlar şikayət etmirlər və "ağlamırlar".
Müasir gəncliyin 4 sualı
• Əsl uğursuzluq nədir? Əsl uğursuzluq mübarizənin dayandırılmasıdır.
• Elastiklik nədir? Siz uğursuzluğa düçar olanda, ağır həyat sınaqları ilə qarşılaşıb, məyusluqlar yaşayanda, elastikliyin nə demək olmasını biləcəksiniz.
• Sizin vəzifələriniz nədir? Daha da çalışqan olmaq, daha çox işləmək və başqalarından daha çox ambisiyalı olmaq. • Yalnız səfehlər ağızdan danışmaq üçün istifadə edir. Ağıllı adam başı ilə, müdrik adam isə ürəyi ilə danışır.
Biz yaxşı həyat yaşamaq üçün varıq
• Əgər siz bütün vaxtınızı işə sərf edirsinizsə, gec-tez bundan peşman olacaqsınız.
• Mən daima özümə xatırladıram ki, biz bütün günümüzü işdə keçirmək üçün doğulmamışıq, həyatdan həzz almaq və başqa insanların həyatını daha da yaxşı etmək üçün doğulmuşuq.
Rəqabət və rəqiblər haqqında
• Rəqabət şahmat oyunu kimidir. Əgər siz uduzmusunuzsa, daha bir raund oynamaq olar. Dalaşmağa ehtiyac yoxdur.
• Əgər sizin rəqibiniz sizdən çox zəifdirsə, siz ona qarşı bərabər münasibət sərgiləməlisiniz. Əgər sizin rəqibiniz sizdən çox güclüdürsə, onda ondan qorxmayın.
• Əsl sahibkarın düşmənləri yoxdur. Siz bunu anlayan kimi, heç kəs sizi dayandırmayacaq.

Day.Az представляет новость на азербайджанском языке.

Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре