Alma sirkəsinin faydaları

Day.Az представляет новость на азербайджанском языке
Alma sirkəsini bir çox sahədə istifadə etmək olar.
Day.Az ölkə.az-a istinadən xəbər verir ki, alma sirkəsi həm dəriyə, həm də sağlamlığa çox faydalıdır.
Təbii antiseptik, antifunqal və antibakterial xüsusiyyətlərə malik alma sirkəsininin tərkibində bol miqdarda maqnezium, fosfor, potasium, dəmir, mis, florin var.
Alma sirkəsinin faydaları bunlardır:
Su ilə qarışdırıb içəndə alma sirkəsi həzmi asanlaşdırır;
Alma sirkə immunitet sistemini gücləndirir, qrip və soyuqdəymə kimi müxtəlif xəstəlik və infeksiya növlərinin qarşısını almağa kömək edir;
Alma sirkəsi orqanizmdə sadə karbon hidratların əmilməsini asanlaşdırır, qanın tərkibindəki şəkərin miqdarını aşağı salır;
Qan dövranını sürətləndirir;
Dərini yumşaltmaq, parıldatmaq üçün çimdiyiniz suya bir az sirkə əlavə edin;
Tərkibində yüksək səviyyədə klorojenik turşu olduğu üçün LDL xolesterolunun yaranmasının qarşısını alır, ürək və damar sağlamlığına müsbət təsir edir:
Alma sirkəsi mədənin turşuluğunu stabilləşdirir, pH səviyyəsini stabil saxlayır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре