Bu xəbəri oxuyan qadınlar, bir daha botoks etdirməzlər

Day.Az представляет новость на азербайджанском языке

Botoks etdirən qadınlar gözəl görünə bilərlər, amma bu, yataqda dezavantaja çevrilir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə, botoks etdirən qadınların orqazma çatması çətinləşir.

Zəhərli inyeksiya sinir hüceyrərlərini öldürdüyünə görə həmin qadınların orqazm olma şansı azalır. Hüceyrələr öldüyü üçün onlar zövq almaları barədə üzlərində ifadə yarada bilmirlər.

Birləşmiş krallıqdakı Kardif universitetindəki araşdırmalar nəticəsində məlum olub ki, botoks etdirən qadınlar intim münasibət zamanı həzz aldıqlarını partnyoruna ifadə edə bilmirlər. Bu da orqazm olma şansını azaldır.

Həzzlə bağlı üz ifadələrini yaradan əzələlər botoksun zəhərli maddəsinin təsirinə məruz qalır.

Araşdırmanı aparan Dr Michael Lewis söyləyib ki, üz əzələlərini işlədə bilməyən qadınlar orqazm həddinə asanlıqla çata bilmirlər.

Qeyd edək ki, araşdırmada 36 qadın iştirak edib. Onlardan 24-ü botokslu olub. Botokssuz qadınlar daha rahat və asanlıqla orqazm olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.