Azərbaycanın Türkiyədəki səfiriliyi koronovirusla əlaqədar “Qaynar xətt” xidmətinin sayını artırıb

11:57

Türkiyədəki Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar dünən gecə yaradılan operativ "Qaynar xətt" xidmətinin sayını artırıb.

Milli.Az-a Türkiyədəki Azərbaycan Səfirliyindən verilən məlumata görə, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız +905372826740, +903124906913, +903124920423 "Qaynar xətt"lərlə müraciət edə bilərlər.

--------
10:18

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt" yaradılıb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən "Qaynar xətt" yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740" - deyə, məlumatda qeyd olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.