https://news.day.az/azerinews/1333150.html
16 yaşlı oğlan məktəbdə atəş açdı - Sankt-Peterburqda
16 yaşlı oğlan məktəbdə atəş açdı - Sankt-Peterburqda

283Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə məktəbdə pnevmatik tapançadan atəş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Day.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2005-ci il təvəllüdlü oğlan sinif yoldaşlarının dayandığı tərəfə bir neçə dəfə atəş açıb. Tapança müəllimlərdən biri tərəfindən yeniyetmənin əlindən alınaraq polisə təhvil verilib.
Məktəbli hadisə yerindən qaçıb. Polis yeniyetməni saxlayaraq onu sorğu-sual edib. Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре