Sülhməramlılara aid daha 3 avtomobil Laçın yolundan maneəsiz keçib

Laçın istiqamətindən gələn Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Xankəndiyə maneəsiz keçid edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri məlumat yayıb.

Səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 63 avtomobilin maneəsiz keçidi reallaşıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 86 gündür davam edir.