https://news.day.az/azerinews/1658322.html
Səkidə maşın sürdü, həbs edildi - VİDEO
Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib. Day.Az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Səkidə maşın sürdü, həbs edildi - VİDEO
Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib.
Day.Az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре