Şamaxıda selin vurduğu ziyan niyə aradan qaldırılmayıb?

Şamaxıda leysan yağış və dolu ciddi fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, yağıntılardan sonra yaranan sel Ərçiman kəndində daha təsirli olub.

Sakinlər deyir ki, sel bir neçə gün əvvəl ziyan vursa da, kənddə hələ də fəsadlar aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, son günlər ölkə ərazisinə yağan aramsız yağışlar Şamaxı rayonunda və bir neçə kənddə ciddi fəsadlar yaradıb. Dərhal komissiya yaradılaraq ərazilərə göndərilib.

Hazırda bir neçə kənddə fəsadların aradan qaldırılması işləri həyata keçirildiyindən texnika və canlı qüvvə çatışmazlığı yaşanır.

Qısa zamanda digər kəndlərdə də işlərə başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.