“Networking Azerbaijan” Biznes Klubunun “Networking Plus” adlı növbəti tədbiri keçirilib

Azərbaycan iş adamlarının ünsiyyət və müzakirə platforması olan "Networking Azerbaijan" Biznes Klubu "Networking Plus" adlı növbəti tədbirini öz üzvlərindən biri ilə tanışlığa həsr edib. Məqsəd sahibkarlıq fəaliyyət və imkanları ilə tanış etmək, həm müxtəlif formalı biznes görüşləri, həm də fərdi və ailəvi istirahət üçün təklifləri barədə məlumatlandırmaq olub.

"Networking Azerbaijan" klubunun üzvləri ötən görüşdən keçən vaxt ərzində fəaliyyətlərində baş vermiş yeniliklər, bizneslərindəki uğurlar barədə çıxış ediblər. Kluba yeni qoşulan üzvlər özləri və fəaliyyətləri haqda iştirakçılara məlumat veriblər.

"Sevindirici haldır ki, "Networking Azerbaijan" iş adamları üçün sadəcə tanışlıq və ünsiyyət xarakteri daşımaqdan çıxıb, möhkəm iş birliklərinin əsasına çevrilib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə töhfə verən sahibkarlar burada bir-biri ilə yaxından tanış ola, yeniliklərindən tez
xəbər tuta və möhkəm biznes münasibətləri qura bilirlər"- bunu "Networking Azerbaijan" Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyev deyib.

"Klubun üzvü kimi, bu qədər iş adamını eyni vaxtda restoran fəaliyyəti və "Concept" keytrinq xidməti ilə tanış etmək imkanı qazandıq. Qonaqlarımızın xidmətimizdən və yeməklərimizdən razı qalması
isə məmnuniyyətimizi daha da artırdı"- Kamran Məşədiyev bildirib.

Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 - ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 - ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az