Pyotr Qlıboçko “Dostluq” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Pyotr Vitalyeviç Qlıboçkonun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko "Dostluq" ordeni ilə təltif edilib.