https://news.day.az/azerinews/1749709.html
Argentinada ard-arda iki güclü zəlzələ olub
Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. Məlumata görə, eyni bölgədə 7,4 bal gücündəki bu zəlzələdən sonra daha bir yeraltı təkan - 7,1 bal gücündə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur. Zəlzələ qonşu Çilidə də hiss olunub.
Argentinada ard-arda iki güclü zəlzələ olub

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.
Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, eyni bölgədə 7,4 bal gücündəki bu zəlzələdən sonra daha bir yeraltı təkan - 7,1 bal gücündə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur.
Zəlzələ qonşu Çilidə də hiss olunub. Çilinin Milli Fəlakətlərin Qarşısının Alınması İdarəsi ölkənin cənubundakı Maqalyanes bölgəsinin sunami riski səbəbindən təxliyə ediləcəyini açıqlayıb.
Zəlzələdən sonra beynəlxalq sunami mərkəzləri tərəfindən 1 ilə 3 metr arasında sunami dalğası ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре