https://news.day.az/azerinews/1770639.html
Bu şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa biləcəklər - RƏSMİ
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edilib. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, qızıl otağının nəzarətçiləri və emal sahəsində nəzarətçilər bu siyahıya əlavə edilib.
Bu şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa biləcəklər - RƏSMİ

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edilib.
Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, qızıl otağının nəzarətçiləri və emal sahəsində nəzarətçilər bu siyahıya əlavə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının 6 ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре