Ötən ay neçə nəfərə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilib?

2025-ci ilin sentyabr ayında ailə başçısını itirməyə görə 186,7 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onlardan 136,9 min nəfərdən çoxu pensiya, 49,7 min nəfərdən çoxu isə müavinət alıb.

Qeyd edə ki, 2024-cü ilin sentyabr ayında ailə başçısını itirməyə görə 185 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Onların 134 min nəfərdən çoxu pensiya, 51 min nəfərdən çoxu isə müavinət alıb.