Xalq artisti Əminə Yusifqızı dəfn olunub

Ötən gün 89 yaşında vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.

Day.Az xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutub.

Vida mərasimində mərhum sənətkarın yaxınları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.

Mərasimdən sonra mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.