https://news.day.az/azerinews/1787258.html Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib - XƏBƏRDARLIQ Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır. Bu barədə Day.Az-а ETX-dən məlumat verilib.

Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib - XƏBƏRDARLIQ

Azərbaycanca, 10 октября 2025 19:55 (UTC +04:00) 1 012
Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.

Bu barədə Day.Az-а ETX-dən məlumat verilib.

 

Bildirilib ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости