Bakıda müştəri hesabı ödəmədi, ofisiant maşınını yandırdı

Bakıda restoranların birində ofisiantın hesabı tam ödəməyən müştərinin maşınını yandırdığı iddia olunur.

Day.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.Videoda hadisənin Nizami rayonunda baş verdiyi qeyd edilib.

Bu hadisə müştəri-ofisiant münasibətlərini gündəmə gətirir. Hesabı ödəməyən müştəriyə görə ofisiant məsuliyyət daşıyır?

İddialara görə, Azərbaycan restoranlarında bununla bağlı yazılmamış qanun var. Bəzi restoran müdirləri müştəri hesabı ödəmədikdə məsuliyyəti ofisiantın üzərinə atır və ödənişi ondan tələb edir. Əks təqdirdə ödənin onun aylıq maaşından çıxılır.

Qanun isə tam əksini deyir.

Qanun deyir ki, hesabı ödəməyən müştəri məsuliyyət daşıyır, afisiant isə heç bir halda müştərinin əmlakına zərər vurmaq hüququna malik deyil.

Hesabı ödəməyən şəxs qanun üzrə maddi öhdəliyi pozmuş sayılır və onun barəsində mülki qaydada tədbir görülə bilər.

Əgər kimsə müştərinin avtomobilini yandırırsa, bu artıq qəsdən əmlakı məhv etmə cinayətidir və həmin şəxsə Cinayət Məcəlləsinə əsasən azadlıqdan məhrumetmə də daxil olmaqla ağır cəza tətbiq oluna bilər. Bu əməli törədən şəxs 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Restoran sahibi isə belə halda müştəri ilə bağlı yalnız qanuni proseduru işlədə bilər:

          •       hadisə anında polis çağırmaq,

          •       müştərinin hesabı ödəməməsi barədə rəsmi şikayət vermək,

          •       zəruri olarsa, mülki qaydada borcun ödənməsi üçün iddia qaldırmaq.

Restoran əməkdaşlarının müştərinin əmlakına zərər vurması isə tam qanunsuzdur və buna görə fərdi olaraq həmin işçi və müəssisə məsuliyyət daşıyır.

Elxan Əliyev
Day.Az