https://news.day.az/azerinews/1795981.html Azərbaycan dilində neçə min işlək söz toplanıb? - RƏSMİ AÇIQLAMA Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub. Day.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.

Azərbaycan dilində neçə min işlək söz toplanıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 17 ноября 2025 11:10 (UTC +04:00) 449
Azərbaycan dilində neçə min işlək söz toplanıb?

Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.

Nadir Məmmədli qeyd edib ki, keçmiş Sovet məkanında ilk dəfədir ki, belə bir lüğət hazırlanır: "Artıq internet, sosial media dövrüdür və təbii ki, köhnə qaydada, kartoçka, əlifba üzrə sıralanma sistemi ilə işləmək məqsədəuyğun deyil. Biz ilk dəfədir ki, süni intellekt və rəqəmsal maşınların köməyi ilə yeni sistemdə lüğət hazırlamışıq. İlk dəfədir ki, Azərbaycan dilində işlək 220 min söz toplanıb. "Xalq Qəzeti", "525-ci qəzet", "Ədəbiyyat Qəzeti" kimi korrekturası olan qəzetlərin Pdf-lərindən istifadə edərək söz toplamışıq".

Dilçilik İnstitutunun baş direktoru qeyd edib ki, lüğətin hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости