UEFA Çempionlar Liqası: “Qarabağ” “Napoli”yə məğlub oldu - VİDEO
01:54
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada "Napoli" və "Qarabağ" komandaları arasında keçirilən V tur oyunu başa çatıb.
Day.Az xəbər verir ki, matç meydan sahiblərinin ("Napoli") 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Ağdam təmsilçisinin bu turnirdə ikinci məğlubiyyətidir.
Hazırda 5 oyundan sonra "Qarabağ"ın 7 xalı var.
xxx
01:31
"Napoli" - "Qarabağ" oyununda hesab dəyişib.
Day.Az xəbər verir ki, 72-ci dəqiqədə Marko Yankoviç topu öz komandasının qapısından keçirib - 2:0.
ххх
01:23
"Napoli" - "Qarabağ" oyununda hesab açılıb.
Day.Az xəbər verir ki, 66-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Maktominey hesabı açıb.
xxx
01:02
"Napoli" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
xxx
00:46
"Napoli" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Day.Az xəbər verir ki, matçda hesab açılmayıb.
xxx
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada "Napoli" və "Qarabağ" komandaları arasında keçirilən V tur oyunu start götürüb.
Day.Az xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре