https://news.day.az/azerinews/1800481.html Biləsuvarda minik avtomobili kanala aşıb - Ölənlər var - YENİLƏNİB Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib. Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda minik avtomobili kanala aşıb - Ölənlər var - YENİLƏNİB

Azərbaycanca, 7 декабря 2025 10:01 (UTC +04:00) 321
Biləsuvarda minik avtomobili kanala aşıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Day.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lexus" markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

---------
10:01

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib.

Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости