https://news.day.az/azerinews/1827215.html Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

Azərbaycanca, 11 апреля 2026 10:11 (UTC +04:00) 615
Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости