https://news.day.az/azerinews/1828042.html Ağrıkəsicilərə asılılıq ARTIR: Mütəxəssislər ciddi xəbərdarlıq EDİR - VİDEO Son vaxtlar insanlar ən kiçik ağrıda belə ağrıkəsicilərə müraciət edir. Baş ağrısı, yorğunluq və yüngül narahatlıqlar üçün dərman qəbul etmək adi hala çevrilib. Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, apteklərdə bu preparatların reseptsiz satılması isə istifadənin artmasına səbəb olur.

Ağrıkəsicilərə asılılıq ARTIR: Mütəxəssislər ciddi xəbərdarlıq EDİR - VİDEO

Azərbaycanca, 15 апреля 2026 14:53 (UTC +04:00) 273
Ağrıkəsicilərə asılılıq ARTIR: Mütəxəssislər ciddi xəbərdarlıq

Son vaxtlar insanlar ən kiçik ağrıda belə ağrıkəsicilərə müraciət edir. Baş ağrısı, yorğunluq və yüngül narahatlıqlar üçün dərman qəbul etmək adi hala çevrilib.

Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, apteklərdə bu preparatların reseptsiz satılması isə istifadənin artmasına səbəb olur.

Həkimlər bildirir ki, ağrıkəsicilərin tez-tez və nəzarətsiz qəbulu mədə, qaraciyər və böyrəklərə ciddi zərər verə bilər. Bəzi hallarda mədə qanaxması, xora və böyrək çatışmazlığı kimi ağır fəsadlar yarana bilər.

Mütəxəssislər vurğulayır ki, bu dərmanlar yalnız müvəqqəti rahatlıq verir və əsas xəstəliyi müalicə etmir. Davamlı ağrılar zamanı isə mütləq həkimə müraciət olunması tövsiyə edilir.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости