https://news.day.az/azerinews/1828847.html "Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub etdi Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib. Day.Az-ın məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib.

"Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub etdi

Azərbaycanca, 18 апреля 2026 22:28 (UTC +04:00) 432
"Sabah" 10 nəfərlə "Qarabağ"ı məğlub etdi

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Day.Az-ın məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.

Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости