https://news.day.az/azerinews/1830421.html Salyanda ağır qəza: Ölən var Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib. Belə ki, "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb.

Salyanda ağır qəza: Ölən var

Azərbaycanca, 26 апреля 2026 10:37 (UTC +04:00) 263
Salyanda ağır qəza:

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib. 

Belə ki, "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. 

Qəza zamanı "Qazel"-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb. 

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости