https://news.day.az/azerinews/1831491.html
Stressi azaltmağa kömək edən ədviyyə AÇIQLANIB
Dietoloq Karman Meyera görə, stressin azaldılmasına kömək edən əsas ədviyyələrdən biri Kurkumadır. Day.Az xəbər verir ki, onun tərkibindəki kurkumin iltihabı azaldır və hüceyrələri qoruyaraq psixoloji vəziyyətə müsbət təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, iltihab və oksidativ stress depressiya və narahatlıq riskini artırır.
Stressi azaltmağa kömək edən ədviyyə AÇIQLANIB
Dietoloq Karman Meyera görə, stressin azaldılmasına kömək edən əsas ədviyyələrdən biri Kurkumadır.
Day.Az xəbər verir ki, onun tərkibindəki kurkumin iltihabı azaldır və hüceyrələri qoruyaraq psixoloji vəziyyətə müsbət təsir göstərə bilər.
Mütəxəssislər bildirir ki, iltihab və oksidativ stress depressiya və narahatlıq riskini artırır. Kurkumin isə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri sayəsində bu simptomları yüngülləşdirə və əhval-ruhiyyəni yaxşılaşdıra bilər.
Bununla belə, kurkuma təkbaşına həll deyil. Stressin azaldılması üçün fiziki aktivlik, keyfiyyətli yuxu, balanslı qidalanma və meditasiya kimi vərdişlər də vacib hesab olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре