https://news.day.az/azerinews/1832042.html
Boksçumuz Məhəmməd Abdullayevdən parlaq qələbə - VİDEO
Rusiyanın Kalininqrad şəhərində boks üzrə dünya yığması ilə Rusiya millisi arasında komanda yarışı keçirilib. İdman.Biz xəbər verir ki, maraqla gözlənilən gecədə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev də rinqə çıxıb. +90 kq çəki dərəcəsində dünya yığmasının heyətində yer alan boksçumuz rusiyalı Vladislav Vişevlə üz-üzə gəlib.
Boksçumuz Məhəmməd Abdullayevdən parlaq qələbə - VİDEO
Rusiyanın Kalininqrad şəhərində boks üzrə dünya yığması ilə Rusiya millisi arasında komanda yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, maraqla gözlənilən gecədə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev də rinqə çıxıb.
+90 kq çəki dərəcəsində dünya yığmasının heyətində yer alan boksçumuz rusiyalı Vladislav Vişevlə üz-üzə gəlib. Gərgin keçən döyüşün sonunda Abdullayev hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Qeyd edək ki, boksçumuzun bu uğuru dünya yığmasının ümumi hesabına vacib xal qazandırıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре