Yeni araşdırma: Tez arıqlama daha effektlidir

Norveç alimlərinin apardığı yeni tədqiqat göstərir ki, arıqlama prosesinə sürətlə başlamaq uzunmüddətli nəticələr üçün daha faydalıdır.

Day.Az xəbər verir ki, 284 iştirakçı üzərində aparılan sınaqda iki qrup yaradılıb.

Biri ilk iki ay yalnız 1000 kalori qəbul edib, sonra 1500 kaloriyaya keçib, digəri isə gündəlik rasionunu 1000 kalori azaldaraq tədricən arıqlayıb.

Nəticələr göstərdi ki, sürətli arıqlayan qrup ilk dörd ayda təxminən 13%, bir il ərzində isə 14% çəki itirib. Tədrici arıqlayan qrup isə yalnız 8%-dən 10,5%-ə qədər çəki itirib. Bu, tez arıqlamanın geri çəkilməyə səbəb olduğu mifini alt-üst edir.

Tədqiqat müəllifləri bildirir ki, sürətli arıqlama həm sağlamlıq baxımından effektivdir, həm də düzgün nəzarət altında həyata keçirildikdə daha asandır. Ekspertlər bu nəticəni arıqlama strategiyalarında yeni yanaşmanın əsasını təşkil edən əhəmiyyətli kəşf hesab edirlər.