Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri artıb.
Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 3.59 ABŞ dolları və ya 3.2 faiz artaraq 114.36 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 116.41 ABŞ dolları, minimal qiyməti isə 110.48 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 107,715 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 4.04 ABŞ dolları və ya 3.8 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 113.94 ABŞ dolları, ən aşağı qiymət isə 107.60 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3.85 ABŞ dolları və ya 4.5 faiz artaraq bir barel üçün 90.26 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 92.37 ABŞ dolları, minimal qiymət isə 86.21 ABŞ dolları təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 109.81 ABŞ dolları olub ki, bu da ötən həftə ilə müqayisədə 3.69 ABŞ dolları və ya 3.5 faiz çoxdur. Həftə ərzində bir barelin maksimal qiyməti 112.20 ABŞ dolları, minimal qiyməti isə 105.24 ABŞ dolları təşkil edib.
|
Neft/tarix |
11.05.2026 |
12.05.2026 |
13.05.2026 |
14.05.2026 |
15.05.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$110.48 |
$115.93 |
$115.52 |
$113.48 |
$116.41 |
$114.36 |
|
Azeri Light FOB Ceyhan |
$107.60 |
$113.30 |
$112.99 |
$110.98 |
$113.94 |
$111.76 |
|
Urals (EX NOVO) |
$86.21 |
$91.73 |
$91.44 |
$89.55 |
$92.37 |
$90.26 |
|
Dated Brent |
$105.24 |
$110.83 |
$111.20 |
$109.59 |
$112.20 |
$109.81 |
Qeyd edək ki, 11 may Azərbaycanda bayramla əlaqədar qeyri-iş günü olduğundan həmin tarixə dair göstəricilər açıqlanmayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре