İsti havada çılpaq yatmaq faydalıdır?

İsti havalarda bir çox insan çılpaq yatmağın bədəni soyudacağını düşünür, lakin mütəxəssislər bildirirlər ki, bu həmişə yuxunun keyfiyyətini yaxşılaşdırmır.

Day.Az xəbər verir ki, yuxu zamanı bədən tər ifraz edir və paltar olmadıqda nəmlik dəridə qalır, nəticədə bədən yaxşı soyumur və narahatlıq yaranır.

Ekspertlər tövsiyə edirlər ki, yüngül və "nəfəs alan" təbii materiallardan hazırlanmış pijamalar seçilsin - pambıq, ipək, bambuk və ya evkalipt lifləri kimi. Bu materiallar nəmi yaxşı udur, bədəni təbii şəkildə soyudur və gecə temperaturunun dəyişməsinin qarşısını alır.

Mütəxəssislər əlavə edirlər ki, yüngül pijama çılpaq yatmaqdan daha rahat ola bilər, çünki bədən temperaturunun tənzimlənməsinə kömək edir və isti və ya soyuq səbəbindən gecə oyanma riskini azaldır.