https://news.day.az/azerinews/1838495.html 900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub. Bu barədə Day.Az-a ƏƏSMN-dən məlumat verilib.

900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Azərbaycanca, 1 июня 2026 15:53 (UTC +04:00) 256
900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Bu barədə Day.Az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.

"Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости