https://news.day.az/azerinews/1838801.html “WhatsApp” yazışmaları məhkəmədə sübut kimi İSTİFADƏ EDİLƏ BİLƏR? - İZAH Mülki Prosessual Məcəlləyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübut hesab olunur. Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə, şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar nəzərdə tutulur.

“WhatsApp” yazışmaları məhkəmədə sübut kimi İSTİFADƏ EDİLƏ BİLƏR? - İZAH

Azərbaycanca, 2 июня 2026 17:49 (UTC +04:00) 293
“WhatsApp” yazışmaları məhkəmədə sübut kimi

Mülki Prosessual Məcəlləyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübut hesab olunur.

Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə, şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən, mübahisənin tərəfləri arasında olan telefon danışıqları (yazışmaları) və səs yazıları şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər.

Belə ki, həmin danışıqlar və yazışmalar mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər ifadələrindən fərqlənmir.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости