Bəylə gəlin şoka düşdülər: "Salam, mən Tomam!" - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Məşhur aktyor, Hollivud ulduzu Tom Henks səhərlər qaçmağı, idman etməyi çox sevir. Bu günlərdə o, yenə də Nyu-Yorkdakı Mərkəzi Parkda qaçırdı.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 60 yaşlı aktyor idman edərkən qəflətən bəylə gəlini görüb. Gənclər parkda foto çəkdirərkən aktyor onlara yaxınlaşıb və gülərək: "Salam, mən Tomam!" - deyib. Daha sonra isə o, Rayan və Elizabetlə selfi çəkdirərək İnstagram-dakı profilində paylaşıb.
Bir qədər keçəndən sonra isə həmin fotoları Rayanla Elizabetin toyunun fotoqrafı Meq Miller də İnstagram-da paylaşıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре