İnsanlar yoxa çıxdı – Miçiqan gölündə müammalı hadisə

Day.Az представляет новость на азербайджанском языке

Bermud Üçbucağındaki, hadisələrə oxşar hadisələr ABŞ-dakı  Miçiqan gölündə də, təkrar olunur. Bu baxımdan Miçiqan gölünün ortası ölüm saçır.

Day.Az Media24.az-a istinadən xəbər verir ki, Miçiqan Gölündə müəmmalı yoxaçıxma hadisəsi ilk dəfə 1937-ci ildə qeydə alındı. 1937-ci il Aprel ayının 28-də Mak Verlənd yük gəmisi Pensilvaniya ştatının Ber limanından, Viskonsen ştatının limanının Port Vaşinkton limanına yola düşdü. Gəminin yolu Miçiqan üçbucağından keçirdi. Gəminin kapitanı Corc Donner yorulduğundan idarə etməni köməkçisinə tapşıraraq yatmağa getdi. 3 saatdan sonra köməkçi, kapitanı oyatmağa gedəndə onu yerində tapmadı.  Dərhal gəmi ekibajı həryeri ələk-vələk etməyə başladı. Amma kapitanı gördüm deyən olmadı. O vaxt bunu təsadüf olduğunu və kapitan kiminsə tərəfindən öldürülərək dənizə atıldığı ehtimal edilirdi. Ancaq bunun üçün ortada fakt yox idi.

Bundan bir neçə il sonra Miçiqan üçbucağında analoji hadisə digər gəmidə də baş verdi. Yenə də, yoxa çıxan kapitan idi. Lakin onu da tapmaq mümkün olmadı.

Ötən əsrin 40-cı illərində isə, Miçiqan üzərində uçan təyyarələrin səssiz-səmirsiz yoxa çıxmaları qeydə alınırdı. Eyni hadisə gəmilərlə bağlı da baş verdi. Bundan sonra Miçiqan üçbucağının ortasına yaxınlaşmağa heç bir gəmi cəsarət etmirdi. Gəmilər gölün ortasında deyil onun sahalləri ilə daha çox üstünlük verirlər.

Miçiqan üçbucağının da, sirri açılmamış olaraq qalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.