DİM abituriyentlərə kömək üçün məsləhət mərkəzləri yaratdı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə "Abituriyent Məsləhət Mərkəzləri" yaradılıb.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan bu mərkəzlər ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Bu mərkəzlərdə abituriyentlərə bir sıra məsələlərdə köməklik göstəriləcək.
"Abituriyent Məsləhət Mərkəzləri" Bakı ilə yanaşı regionlarda da yaradılıb.
Abituriyentlər əksər hallarda internet kulublara müraciət edirdilər ki, bu da sonradan müəyyən problemlərin yaşanmasına gətirib çıxarırdı. Artıq bu kimi məsələləri Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri həyata keçirdiyindən abituriyentlər həm elektron ərizə qəbulu zamanı, həm də ixtisas seçimi zamanı heç bir probelmlə qarşılaşmayacaqlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре